Bank Of Baku

Türkiyə səfirliyi: “Milli komandamızı dəstəkləyən azərbaycanlı azarkeşlərə böyük Türk milləti adından minnətdarlığımızı bildiririk”

Türkiyə səfirliyi: “Milli komandamızı dəstəkləyən azərbaycanlı azarkeşlərə böyük Türk milləti adından minnətdarlığımızı bildiririk”
# 24 iyun 2008 13:15 (UTC +04:00)
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Türkiyə yığması azarkeşlərinin Bakı küçələrində keçirdiyi bayram şənlikləri səfir Hulusi Kılıc və səfirliyin əməkdaşlarına gözəl təsir bağışlayıb: “Oyun başa çatdıqdan sonra Bakı küçələrində hər iki dövlətin bayraqlarının bir yerdə dalğalanması, böyük sevinc və fəxr hissi ilə qarşılanıb. Bakının ürəyinin İstanbul, Ankara və digər türk şəhərləri ilə eyni həyəcanla döyünməsi ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlərini yenidən xatırlatdı və Türkiyənin sevincinin Azərbaycanın da sevinci olduğu bir daha öz təsdiqini tapdı. Təbriklərə qoşulan bütün qardaşlarımıza və şənliklərin problemsiz bir şəkildə davam etməsi üçün şərait yaradan bütün səlahiyyətli şəxslərə böyük Türk milləti adından minnətdarlığımızı bildirir və millətimizin belə sevinc nümayişlərini tez-tez yaşamasını arzu edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR