Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “AXCP, Müsavat, KXCP əməkdaşlığı barədə deyilənlər reallığı əks etdirmir”

Mirmahmud Mirəlioğlu: “AXCP, Müsavat, KXCP əməkdaşlığı barədə deyilənlər reallığı əks etdirmir”
# 24 iyun 2008 13:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “AXCP, Müsavat, KXCP əməkdaşlığı barədə deyilənlər reallığı əks etdirmir”. APA-nın məlumatına görə, bu sözləri KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. Bunu yalnız çox uğurlu arzu adlandıran M. Mirəlioğlunun fikrincə, bir yerdə ola bilənlər artıq bir yerdədirlər: “Nəticəsinin indidən uğursuz olduğunu bildiyimiz addımların atılmasına ehtiyac yoxdur”. M. Mirəlioğlu “Azadlıq” blokunun prezident seçkisini boykot etməsi barədə qərarına da münasibətini açıqlayıb: “Biz onların mövqeyinə etiraz etmirik. Eyni zamanda düşünmürük ki, onların seçki ilə bağlı proqnozları həqiqəti əks etdirir. Bəzi məsələlər aydınlaşmalı idi”. O, KXCP-də boykot tərəfdarlarının sayının artması barədə deyilənləri də təkzib edib: “KXCP-nin iyunun 28-də keçiriləcək respublika müşavirəsində seçki ilə bağlı partiyanın mövqeyinə aydınlıq gətiriləcək. Bunun nəticəsi olaraq Ali Məclis qərar verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR