Bank Of Baku

Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib

Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib
# 24 iyun 2008 13:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı Səbayel rayon Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən iclasda tərəflərin nümayəndələri çıxış ediblər. Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Müsavatın mitinq üçün müraciət etdiyi yerlərdə aksiyaların keçirilməsinə icazə verilməməsinin səbəblərini açıqlayıb. O, müraciət edilən yerlərin ətrafında tikinti işlərinin aparıldığını və buna görə də həmin ərazilərdə aksiyaların keçirilməsinin mümkün olmadığını bildirib. Müsavat təmsilçisi isə partiyanın “Ukrayna” meydanı, keçmiş “Qələbə” kinoteatrının qarşısı və “Təbriz” kinoteatrının qarşısında keçirmək istədiyi mitinqin həmin yerlərdə keçirilməsinə icazə verilməməsinin qeyri-qanuni olduğunu deyib. Məhkəmənin qərarı sabah elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR