Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibini qəbul edib

Azərbaycanın xarici işlər naziri Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibini qəbul edib
# 24 iyun 2008 14:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibi Yoris Demmiki qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Hollandiyada Azərbaycan səfirliyinin açılmasının ikitərəfli əlaqələrin inkişafı üçün də yeni imkanlar açdığını bildirən nazir qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşı tərəfin nümayəndəliyinin olmasının vacibliyini vurğulayıb.
Qonaq bu fikirlə razılaşaraq, bütün istiqamətlərdə əlaqələri genişləndirməyə ehtiyac olduğunu bildirib, səfərində məqsədinin iki dövlətin miqrasiya və sərhəd xidmətləri arasında əməkdaşlığın qurulması olduğunu diqqətə çatdırıb. Bu baxımdan o, azərbaycanlı həmkarları ilə əlaqələr yaratmaq, təcrübə mübadiləsi aparmaq, yerli hakimlər üçün treninqlər təşkil etmək imkanlarını irəli sürüb.
E. Məmmədyarov Azərbaycanın Avropaya inteqrasiya edən yeni demokratik ölkə kimi Hollandiyanın təcrübəsində maraqlı olduğunu bildirib. Həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən nazir işğalın və etnik təmizləmənin beynəlxalq hüquqa zidd olduğunu və Azərbaycanın etibarlı qonşuluq şəraitində yaşamaq istədiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR