Bank Of Baku

BAXCP və BQP üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin anım mərasimi keçirilib

BAXCP və BQP üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin anım mərasimi keçirilib
# 24 iyun 2008 15:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) və Böyük Quruluş Partiyasının (BQP) üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin məzarı qarşısında mərasim keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, Ə. Elçibəyin ideyalarının doğruluğu, həqiqiliyi və uzaqgörənliyi zaman keçdikcə sübut olunub. Onun sözlərinə görə, Ə. Elçibəyin rəhbərliyi altında Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Q. Həsənquliyev bildirib ki, partiyanın dəstəyi ilə Elçibəy İrsini Araşdırmaları Mərkəzinin rəhbəri Mircəlal Yusiflinin “Elçibəy-70” adlı kitabı nəşr edilib. Kitabda Ə. Elçibəyin keçdiyi həyat yolu əks olunub. BQP sədri Fazil Qəzənfəroğlu isə bildirib ki, Ə. Elçibəyin milli-mənəvi ruhun paklanmasında mühüm rolu olub: “Onun ideyaları insanların düşüncələrində yaşayır”. Sonra “Xalq Cəbhəsi” qəzetinin Ə. Elçibəyin 70 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə ilk üç yeri tutan jurnalistlər pul və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR