Bank Of Baku

Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı rəyini açıqlayıb

Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı rəyini açıqlayıb
# 25 iyun 2008 09:14 (UTC +04:00)
APA-nın məlumatına görə, rəyi Venesiya Komissiyasının üzvləri Alivars Endzins (Latviya), Peter Parzolay (Macarıstan) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun eksperti Cessi Pilqrim hazırlayıblar. Sənəddə bildirilir ki, Seçki Məcəlləsinə edilən dəyişikliklər Venesiya Komissiyasının və ATƏT DTİHB-in tövsiyələrinə uyğun gəlir və bu, pozitiv inkişafdır: “Bununla belə bəzi mühüm tövsiyələr nəzərə alınmayıb. Bizi narahat edən məqamlardan biri seçki komissiyalarının tərkibinin formalaşmasıdır. Bununla bağlı Seçki Məcəlləsinə heç bir dəyişiklik edilməyib. 2007-ci ilin noyabrında Bakıda bu məsələyə həsr olunmuş xüsusi dəyirmi masa keçirilsə də, Seçki Məcəlləsinə komissiyaların tərkibinin formalaşdırılması ilə bağlı heç bir əlavə edilməyib”. Venesiya Komissiyası şikayətlərə baxılması mexanizminin də qeyri-müəyyən olduğu qənaətindədir: “Yeni qanuna əsasən şikayətlərə baxılması üçün xüsusi ekspertlər qrupu yaradılacaq, amma bu strukturun ədalətli və qısa müddətdə necə təhqiqat aparacağı mexanizmi məlum deyil. Bu məsələ hələ də anlaşılmaz olaraq qalır, lakin bu strukturun seçkilər vaxtı necə işləyəcəyini gözləmək lazımdır”. Rəydə bildirilir ki, namizədlərə İctimai televiziya və radioda pulsuz efir vaxtının ayrılması, dövlət telekanalında isə eyni imkanın məhdudlaşdırılması seçki prosesinə neqativ təsir göstərə bilər: “Bu narahatlıqlara seçki kampaniyası müddətinin azaldılmasını da əlavə edə bilərik. Bu məqam da Venesiya Komissiyasında müəyyən şübhələr doğurur və hesab edirik ki, müddətin azaldılması bərabərhüquqlu seçki kampaniyasının aparılmasına problemlər yarada bilər”. Venesiya Komissiyası bildirib ki, Seçki Məcəlləsinə seçki kampaniyasının müddətinin azaldılması və İctimai televiziya ilə təbliğat kampaniyasının aparılması dair dəyişikliklərin ediləcəyi barədə onlara məlumat verilməyib: “Bununla belə hesab edirik ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı bir sıra tövsiyələrimiz nəzərə alınıb və indi hər şey siyasi iradədən asılıdır”. Bundan başqa Venesiya Komissiyası qeyd edib ki, 75-ci sessiyada Seçki Məcəlləsinin müzakirəsi zamanı bir sıra məsələlər, o cümlədən seçki prosesinə müdaxilə, namizədliyin irəli sürülməsi, namizədliyin ləğvi, “exit-poll”arın keçirilməsinin MSK tərəfindən tənzimlənməsi, hərbçilər üçün seçki məntəqələrinin yaradılması, müşahidəçilərin vəsiqələri, bülletenlərin zərflərə qoyulması, seçki günü seçici siyahılarının birləşdirilməsi, məhbus seçicilərin siyahılarının hazırlanması, seçkilərin gedişində mitinqlərlə bağlı məhkəmə işləri, barmaqlara xüsusi rəng vurulması məsələləri ətrafında diskussiyalar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR