Bank Of Baku

Sərdar Cəlaloğlu: “Seçkilərdə iştirak qərarımız qətiləşmədiyinə görə, partiya ətrafında koalisiya yaradılması prosesini dayandırmışıq”

Sərdar Cəlaloğlu: “Seçkilərdə iştirak qərarımız qətiləşmədiyinə görə, partiya ətrafında koalisiya yaradılması prosesini dayandırmışıq”
# 25 iyun 2008 09:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Ola bilsin ki Azərbaycan Demokrat Partiyası prezident seçkilərdə iştirak etməsin. Buna görə də biz partiya ətrafında koalisiyanın yaradılması ilə bağlı işləri dayandırmışıq”. Bu açıqlamanı APA-ya ADP sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, partiyada seçkidə iştirakla məsələ çox ciddi şəkildə müzakirəyə çıxarıldığına görə, koalisiyanın yaradılması ilə bağlı prosesləri davam etdirməyə ehtiyac yoxdur. ADP sədri seçkilərdə iştirakla bağlı qərarın qəbul ediləcəyi halda, bu istiqamətdə fəaliyyətin bərpa olunacağını vurğulayıb. O yekun qərarın yaxın vaxtlarda qəbul olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR