Bank Of Baku

Azərbaycan prezidenti hərbi qulluqçuların maaşlarının artırılması barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti hərbi qulluqçuların maaşlarının artırılması barədə sərəncam imzalayıb
# 25 iyun 2008 09:36 (UTC +04:00)
Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən bildirilib. Sərəncama əsasən, Silahlı Qüvvələrdə və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 100 faiz artırılıb. Prezidentin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı və ərzaq payı əvəzinə pul kompensasiyası, mülki işçilərinin aylıq əmək haqlarının artırılması barədə də sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50 faiz, Müdafiə Nazirliyinin mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz, Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb. Sərəncam 2008-ci il iyul ayının 1-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR