Bank Of Baku

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıya gəlib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıya gəlib
# 25 iyun 2008 09:47 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tələbatların dəyərləndirilməsi missiyası Bakıdadır. Azərbaycanın ATƏT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Fuad İsmayılovun APA-ya verdiyi məlumata görə, missiyanın məqsədi seçkilərdə Azərbaycana göndəriləcək missiyanın say tərkibi ilə bağlı təkliflər hazırlamaqdır. Fuad İsmayılov ATƏT-in seçkiləri müşahidə üzrə uzunmüddətli missiyasının Azərbaycana avqusta gələcəyini bildirib. 15-20 nəfərdən ibarət missiyanın səfərinin dəqiq tarixi məlum deyil, buna səbəb Azərbaycan hökumətinin hələ də ATƏT-ə müvafiq dəvət göndərməməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR