Bank Of Baku

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie sabah Azərbaycan paytaxtında keçiriləcək paradı izləyəcək

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie sabah Azərbaycan paytaxtında keçiriləcək paradı izləyəcək
# 25 iyun 2008 11:41 (UTC +04:00)
Bu barədə APA-ya diplomatın ofisindən məlumat verilib. Ofisdən o da bildirilib ki, fransalı həmsədr Azərbaycan Ordusunun yaradılmasının 90 illiyi münasibətilə sabah Bakıda keçiriləcək hərbi paradı seyr edəcək. Digər həmsədrlər - Yuri Merzlyakov (Rusiya) və Metyu Brayza isə Azərbaycana iyunun 27-də gələcəklər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, vasitəçilər iyunun 27-də prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparacaqlar. İyunun 28-də İrəvana səfər edəcək həmsədrlər Ermənistan rəhbərliyi ilə də analoji görüş keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR