Bank Of Baku

Lalə Şövkət: “Hazırda qərargahsız fəaliyyət göstəririk”

Lalə Şövkət: “Hazırda qərargahsız fəaliyyət göstəririk”
# 25 iyun 2008 11:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Mən İçərişəhərdə icarəyə ofis götürməmişəm. Sadəcə, tanışımın orada ofisi vardı, 3-4 dəfə həmin ofisdə qəbullarım olub. Hazırda qərargahsız fəaliyyət göstəririk”. Bunu APA-ya açıqlamasında Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deyib. Onun sözlərinə görə, keçmiş Qələbə kinoteatrının yaxınlığındakı qərargahdan çıxdıqdan sonra nə Azərbaycan Liberal Partiyası, nə də Milli Birlik Hərəkatı qərargah problemini həll edə bilib. L. Şövkət bu istiqamətdə axtarışlar apardıqlarını da qeyd edib: “Amma heç kim partiyaya ofis icarə vermir. Partiya adı gələndə ofisi icarə verməkdən imtina edirlər. Azərbaycanda qeyri-rəsmi qayda var ki, partiyalara ofis verilməsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR