Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfiri MSK sədri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı  səfiri MSK sədri ilə görüşüb
# 25 iyun 2008 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə səfir təmsil etdiyi dövlətin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı geniş miqyaslı proqram həyata keçirmək niyyətində olduğunu bildirib. O, seçkilərin azad və ədalətli, demokratik keçirilməsinin ölkədə demokratiyanın göstəricisi hesab etdiyini, ABŞ-ın da Azərbaycanın dostu olaraq bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlı olduğunu bildirib. MSK-nın seçkilərə hazırlıqla bağlı gördüyü işləri izlədiyini bildirən səfir, qurumun aşağı seçki komissiyaları üçün həyata keçirdiyi maarifləndirmə proqramları və seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində gördüyü işlər təqdirəlayiq hesab edib. M. Pənahov isə öz növbəsində Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın ölkədə demokratiyanın inkişafı ilə bağlı hər iki ölkə rəhbərinin fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb. MSK sədri prezident seçkilərinin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və vətəndaşların seçki hüquqlarının tam təmin olunacağını söyləyib. O ölkə prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nına uyğun olaraq dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə kurslar, seminarlar təşkil olunduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR