Bank Of Baku

Ankarada Əbülfəz Elçibəyin anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Ankarada Əbülfəz Elçibəyin anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilib
# 25 iyun 2008 14:09 (UTC +04:00)
Ankara. Mayis Əlizadə-APA. Ankarada Əbülfəz Elçibəyin anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Ocaqları başqanı, professor Nuri Gürgürün sədrlik etdiyi toplantıda əsas məruzə ilə Böyük Birlik Partiyasının sədri Mühsin Yazıçıoğlu çıxış edib. Elçibəylə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşən BBP başqanı onu Türkiyə və türk dünyasına təmənnasız xidmət edən dövlət adamı və vəfalı dost kimi xarakterizə edib. Toplantıda çıxış edən tarixiçi professor Mustafa Kafalı və Ankara Universitetinin müəllimi Xanım Xəlilova Əbülfəz Elçibəyin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə, ölkə prezidenti kimi gördüyü işlər barədə danışıblar. Birlik Fondunun təşkil etdiyi və Türkiyə Odalar və Borsalar Birliyinin iclas zalında keçirilən toplantıda Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ceyhun Məmmədov, İrandan olan azərbaycanlı tələbə və aspirantlar qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR