Azərbaycan siyasətçilərinin AŞ PA-nın qətnaməsinə münasibəti SORÄžU
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da beynəlxalq təşkilatların bu cür deklarativ qərarlarının Azərbaycan üçün elə bir əhəmiyyətinin olmadığını düşünür. Onun sözlərinə görə, AŞ-də Azərbaycanla bağlı bundan da kəskin qətnamələr qəbul edilib: “Amma bu qətnamələrin Azərbaycanda siyasi situasiyaya, rəsmi Bakının qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə heç bir təsiri olmayıb, demokratik inkişafa gətirib çıxarmayıb. Bu baxımdan növbəti qətnamə şuranın öz simasını qorumaq cəhdindən başqa bir şey deyil. Düşünürəm ki, bu qətnamənin də siyasi proseslərə ciddi təsiri olmayacaq. Çünki Avropa Şurası özü Azərbaycandakı hadisələrə bir çox halda adekvat reaksiya vermir, situasiyanı düzgün qiymətləndirmir və ciddi mövqe tutmur”. S. Cəlaloğlunun fikrincə AŞ-nin Azərbaycanda demokratiyanı inkişafı ilə bağlı siyasi iradəsi yoxdur.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə sərbəst toplaşmaq hüququ, seçki komissiyalarının tərkibi, seçki kampaniyası dövründə televiziyalarda təbliğat, söz və mətbuat azadlığı, jurnalistlərin həbsi ilə bağlı qətnamədə qeyd olunanları müsbət qiymətləndirir: “Amma düşünmürəm ki, yalnız bu cür narahatlıq ifadə etməklə Azərbaycanda vəziyyətin dəyişdirilməsinə nail olmaq mümkündür. Azərbaycan Avropa Şurasının üzvüdür və bura daxil olarkən bəzi demokratik islahatlar aparmaq barədə üzərinə öhdəlik götürüb. Şura borcludur ki, bu məsələlərlə əlaqədar yalnız narahatlıq ifadə etməklə kifayətlənməsin, əksinə daha təsirli vasitələrlə öhdəliklərin yerinə yetirilməsinə nail olsun”. A. Hacılı hesab edir ki, bu cür addımlar atılarsa, həqiqətən də Azərbaycanda demokratik islahatların aparılacağına ümid bəsləmək olar.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə APA-ya bildirib ki, qətnamədə bəzi müsbət məqamlar var: “Qətnamədə müsbət müddəalardan biri Dağlıq Qarabağla bağlı müddəadır. Doğrudan da, Dağlıq Qarabağ probleminin həll edilməməsi ölkədə demokratiyanın inkişafına müəyyən təsir göstərir. Ermənilərin bütün cəhdlərinə baxmayaraq, işğal olunmuş torpaqlar məsələsi qətnaməyə salındı. Dağlıq Qarabağ probleminin həll edilməməsi ilk dəfədir ki, demokratiyanın inkişafına ciddi problem yaradan amil kimi göstərilir. Şübhəsiz ki, torpaqlarımızın işğalı, bir milyon qaçqının olması cəmiyyətin arzu edilən demokratiyaya çatmasına mane olur”. Bununla belə, millət vəkili sənəddə bir sıra məsələlərlə bağlı subyektivliyin olduğunu, faktlar yoxlanmadan qərar verildiyini qeyd edib: “Beş nəfərin adını siyahıya salınaraq onların azadlığa buraxılmasını tələb etməyi düzgün saymıram. Beynəlxalq təşkilat dövlətdən nəyisə tələb edə bilməz, tövsiyə edə bilər. Digər tərəfdən, əgər onlar milli qanunvericiliyə görə məhkum ediliblərsə, kiminsə tələbi ilə azadlığa buraxıla bilməzlər. Bunun üçün hüquqi prosedur var və bu mərhələləri keçmək lazımdır. Heç bir əsas olmadan onların siyasi məhbus adlandırılması da Avropa Şurasının bu məsələdə kifayət qədər problemlərinin olduğunu göstərir”. A. Mirzəzadə AŞ PA-da keçirilən müzakirələr zamanı həm demokratiyanın inkişafı üçün Azərbaycanın göstərdiyi səyləri dəstəkləyən, həm də situasiyanı dərindən bilmədən rəsmi Bakını qınayan çıxışların olduğunu xatırladıb.
Daxili siyasət
Xəbər Lenti
Tramp: Bu, Tehranın dünən gəmiləri bombalamasına cavabdır
İranın cənubunda ABŞ ordusuna aid PUA vurulub
ABŞ Mərkəzi Komandanlığı İranın vurulması ilə bağlı açıqlama verib
ABŞ ordusu Hörmüz boğazında İranın hərbi hədəflərinə zərbələr endirib
İranın müxtəlif bölgələrində partlayış səsləri eşidilib
Rutte: Növbəti NATO sammiti Albaniyada keçiriləcək
Rubio: ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb
“Zirə” Konfrans Liqasında böyük hesablı qələbə qazanıb
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyə və ABŞ arasında freqat, korvet və sualtı qayıqların istehsalı və tədarükü müzakirə olunub
Ərdoğan: Trampın F-35 məsələsində Türkiyəyə münasibəti müsbətdir
Trampla Ərdoğan Cənubi Qafqazla bağlı müzakirə aparmayıblar
Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır
Ərdoğan: F-16-larımız avqustdan etibarən Estoniyada yerləşdiriləcək
Tramp İranın bir nömrəli hədəfinin özü olduğunu deyib
Balakəndə selin apardığı kişinin meyiti tapılıb - YENİLƏNİB
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
Tramp: İki il əvvəl NATO ölkələri bizə gülürdü, indi isə hörmət edirlər
İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb
Tramp: NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərinin ÜDM-nin 5 faizinə çatdırılmasına razılaşıb
Tramp: İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq
Türkiyə və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalanıb
Qurbanqulu Berdiməhəmmədov Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb
Putin Ukraynanın dron hücumlarından sonra yaşanan yanacaq böhranı ilə bağlı müşavirə keçirib
Rusiya dizel yanacağının ixracına qadağa qoyub
KİV: İran ABŞ ilə yekun saziş üzrə danışıqları dayandırdığını açıqlayıb
Türkmənistan Prezidenti Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir! - YENİLƏNİB
Məktəbəqədər hazırlıq qrupları üzrə məktəb seçiminin başlayacağı tarix açıqlanıb
Tramp ABŞ-ın Ukraynanın hava məkanını bağlaya biləcəyini istisna etməyib
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
Rəsmi Tehran: ABŞ və İran arasında əldə olunmuş memorandumun ləğvinin etirafı regionu oda atır
KMBİ Malayziya vətəndaşlarının yaratdığı “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib - VİDEO
LİMAN ESTATE-BAKIDA YENİ YAŞAM STANDARTI
Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir
“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir!
Tramp: İranın nüvə silahına malik olmasının qarşısını razılaşmasız da almaq olar
Rutte: NATO gələn il Ukraynaya azı 70 milyard avro dəyərində hərbi yardım göstərəcək
ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcək
Tramp: Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri müharibəni sona çatdıra bilər
Katex çayı sahilində köməksiz qalan şəxs xilas olunub - YENİLƏNİB - VİDEO
NATO: İran nüvə silahına malik olmamalı, Hörmüz boğazından sərbəst keçidi təmin etməlidir
Tramp: Bu gecə İrana çox ağır zərbələr endirə bilərik
"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib
Rusiya miqrant işçilərə dair tələbləri sərtləşdirib: gəlir vergisi ödəməli olacaqlar