Bank Of Baku

Xızıda Babək Xürrəminin doğum günü münasibətilə yürüş-mitinq keçiriləcək

Xızıda Babək Xürrəminin doğum günü münasibətilə yürüş-mitinq keçiriləcək
# 27 iyun 2008 09:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Azərbaycan sərkərdəsi Babək Xürrəminin doğum günü kimi qeyd olunan iyulun 1-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə Xızı rayonunda yürüş-mitinq keçiriləcək. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iyulun 1-də Bəzz qalasına yürüş edəcək İran azərbaycanlılarına dəstək məqsədilə təşkil olunacaq. Simvolik xarakterli aksiya tədbir iştirakçılarının rayondakı dağlardan birinə yürüşündən sonra yekunlaşacaq.
Qeyd edək ki, hər il İranda yaşayan azərbaycanlılar iyulun 1-də Babəkin doğum gününü qeyd etmək üçün Kəleybər şəhəri yaxınlığında yerləşən Bəzz qalasına yürüş edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR