Bank Of Baku

Səfir Boris Klimçuk Ukrayna prezidentinin Azərbaycana səfər proqramını açıqlayıb

Səfir Boris Klimçuk Ukrayna prezidentinin Azərbaycana səfər proqramını açıqlayıb
# 27 iyun 2008 09:40 (UTC +04:00)
Səfirin sözlərinə görə, iyunun 30-da baş tutacaq səfər zamanı V. Yuşşenko Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşəcək. Danışıqlarda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə, o cümlədən enerji məsələlərin dair müzakirələr aparılacaq. Bundan başqa, Ukrayna şairi Taras Şevçenkonun Bakıda ucaldılmış heykəlinin açılışında iştirak edəcək Y. Yuşşenko inşa olunacaq Ukrayna səfirlik kompleksi üçün Xətai rayonunda ayrılmış əraziyə də baxış keçirəcək. B. Klimçuk səfər zamanı hər iki prezidentə yeni nəşr olunan “Azərbaycan-Ukrayna lüğəti”nin ikinci nəşrinin təqdim olunacağını da diqqətə çatdırıb.
İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən səfir Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, bundan sonra da belə olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR