Bank Of Baku

Lalə Şövkət: ““Azadlıq” blokunun boykot qərarı qətiləşib”

Lalə Şövkət: ““Azadlıq” blokunun boykot qərarı qətiləşib”
# 27 iyun 2008 10:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Birlik Hərəkatının lideri, “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü Lalə Şövkət bildirib. Onun sözlərinə görə, boykot qərarı rəsmi olaraq Məclisin iclasında qəbul ediləcək: “Bu dəfə AŞ PA-nın qətnaməsinə yeni arqument daxil edilib. Sənəddə Qarabağ problemi demokratiya üçün böyük sədd sayılır. Belə anlaşılır ki, Qarabağ problemi həll edilməyincə, Azərbaycanda demokratiya olmayacaq. Onda gərək İsraildə demokratiya olmasın, 40 ildir, Fələstinlə müharibə aparır, ərazilərində münaqişə olduğuna görə Moldova və Gürcüstandan da demokratiya istənilməsin. Azərbaycanın hakimiyyət nümayəndələrinin hər zaman səsləndirdiyi bu arqument AŞ PA-nın qətnaməsinə salınıb. Qərb öz dəyərlərinə hörmət etməlidir ki, biz də bu dəyərlərə hörmətlə yanaşaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR