Bank Of Baku

27 ölkənin Azərbaycandakı səfirləri Şəkiyə toplaşıblar

27 ölkənin Azərbaycandakı səfirləri Şəkiyə toplaşıblar
# 27 iyun 2008 10:20 (UTC +04:00)
Şəki rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, xarici ölkələrin səfirləri rayonda keçiriləcək “Şəki-Qədim Sivilizasiyalar Diyarı” adlı bayram tədbirlərində iştirak edəcəklər. Tarixi əhəmiyyət kəsb edən bayram tədbirlərinə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun 30-dan çox elmi işçisi də qatılıb. Tarixçilərin iştirakı ilə bu gün Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında elmi-praktiki konfrans keçirilib. Sabah isə diplomatik nümayəndələrin iştirakı ilə bayram tədbirlərinə start veriləcək. Diplomatlar Şəki Xan sarayı, Kiş kəndində tarixi abidə olan Alban məbədi və Fazıl kəndində aşkarlanan qədim Təpə Başı Nekropolu ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR