Bank Of Baku

İsa Qəmbər: “Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək”

İsa Qəmbər: “Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək”
# 27 iyun 2008 10:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək”. APA-nın məlumatına görə, bunu partiyanın başqanı İsa Qəmbər deyib. O bildirib ki, Müsavat ölkədə sərbəst toplaşmaq azadlığını bərpa etmək üçün həm mitinqlər keçirməyə çalışacaq, həm də hüquqi müstəvidə səy göstərəcək. İ. Qəmbər Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət etdiklərini və bu prosesin sonuncu instansiyaya qədər davam edəcəyini söyləyib. Müxalifət partiyalarının birgə kütləvi tədbirlərinin keçirilib-keçirilməyəcəyinə gəldikdə, İ. Qəmbər bu barədə əvvəlcədən konkret fikir bildirmək istəmədiyini qeyd edib: “Yaşayarıq, görərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR