Bank Of Baku

İsa Qəmbər: “Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm”

İsa Qəmbər: “Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm”
# 27 iyun 2008 10:35 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm”. APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər “Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar” mövzusunda bu gün keçirilən Vətəndaş Forumundakı çıxışında deyib. Prezident seçkilərində iştirak etməyin və ya etməməyin indiki mərhələdə, indiki şərtlər daxilində demokratiyanın inkişafına təsiri olmadığını bildirən İ. Qəmbər bunun mübarizənin təşkilindən, cəmiyyəti fəallaşdırmaqdan keçdiyini vurğulayıb. Müsavat başqanının fikrincə, gerçək müxalifət, gerçək QHT-lər, obyektiv qəzetlər, Azərbaycanın mənafeyini ciddi düşünən insanlar birlik modelini tapmalıdırlar: “Məncə, cəmiyyətin fəallaşdırılmasını istədiyimiz indiki mərhələdə önəmli resurslardan biri də gerçək demokratik düşərgənin bütövlüyünü təmin etməkdən keçir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR