Bank Of Baku

İsa Qəmbər: “Brüsseldə keçirilən müzakirələr Azərbaycanın gələcəyi ilə bağlı nikbinliyə əsas verir”

İsa Qəmbər: “Brüsseldə keçirilən müzakirələr Azərbaycanın gələcəyi ilə bağlı nikbinliyə əsas verir”
# 27 iyun 2008 10:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər NATO və Avropa Birliyinin Cənubi Qafqazla əməkdaşlığın perspektivlərinə dair Brüsseldə keçirdiyi konfransda iştirak edib. APA-nın məlumatına görə, İ. Qəmbər səfər çərçivəsində bir neçə konfrans və görüşlərə qatıldığını, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşdüyünü bildirib: “Konfranslarda və görüşlərdə ən müxtəlif məsələlərlə bağlı müzakirələr aparıldı. Bunlardan biri də Cənubi Qafqaza Avropa Birliyi ilə Çin arasında körpü kimi baxılması mövzusunda keçirilən konfrans oldu”. İ. Qəmbərin sözlərinə görə, keçirilən müzakirələr Azərbaycanın gələcəyi ilə bağlı nikbinliyə əsas verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR