Bank Of Baku

Əli Kərimli: “Beynəlxalq təşkilatlar hökumətdən demokratiya tələb etdiyi indiki vaxtda xalq, həmçinin müxalifət aktiv deyil”

Əli Kərimli: “Beynəlxalq təşkilatlar hökumətdən demokratiya tələb etdiyi indiki vaxtda xalq, həmçinin müxalifət aktiv deyil”
# 27 iyun 2008 10:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Azərbaycanda ümummilli boykot siyasəti həyata keçirmək olar”. APA-nın xəbərinə görə, bunu deyən AXCP sədri Əli Kərimlinin fikrincə, hamı seçkilərin demokratik olmayacağını qəbul edirsə, hamılıqla boykot siyasəti onların vəziyyətlə barışmadığını sübut edər. Ə. Kərimli seçkilər ərəfəsində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının koalisiyasının yaradılması təklifi ilə də çıxış edib: “Siyasətçilər üçün bunu etmək daha çətindir, nəinki yalnız demokratik təsisat kimi fəaliyyət göstərən QHT-lər üçün...” AXCP sədrinin sözlərinə görə, bu koalisiya seçkilər ərəfəsində cəmiyyətin birlik modelini formalaşdıra, müqaviməti təşkil edə bilər.
Azərbaycanda demokratiyanın inkişafı üçün beynəlxalq təşkilatların yetərincə səy göstərmədiyini qeyd edən Ə. Kərimli demokratikləşmə prosesində həlledici rolun xalqa məxsus olduğunu da vurğulayıb: “Bununla bərabər, beynəlxalq təşkilatların da bu prosesdə rol ala bilməsi vacibdir. Xalq demokratiya uğrunda daha prinsipial mübarizə aparan mərhələdə beynəlxalq təşkilatlar hakimiyyətin yananda idi, beynəlxalq təşkilatlar hökumətdən demokratiya tələb etdiyi indiki vaxtda isə xalq, həmçinin müxalifət aktiv deyil”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər də seçkilərin keçirilməsində və Azərbaycanın siyasi həyatında əsas rolu Azərbaycan xalqı oynamalı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR