Bank Of Baku

Nizami Bəhmənov: “Həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir”

Nizami Bəhmənov: “Həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir”
# 27 iyun 2008 12:08 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Nizami Bəhmənov həmsədrlərin Xankəndiyə planlaşdırılan səfərinə münasibət bildirərkən deyib. N. Bəhmənovun fikrincə, indiki vəziyyətdə həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir: “Merzlyakov Kazimirovdan qalmış ənənəni davam etdirir. Rusiya müxtəlif vasitələrlə Dağlıq Qarabağın erməni icmasını üçüncü tərəf kimi danışıqlar prosesinə cəlb etməyə çalışır”. N. Bəhmənov rəhbərlik etdiyi icma adından həmsədrlərə protest təqdim etdiklərini də söyləyib: “Münaqişənin nizamlanması ilə bağlı danışıqları prezidentlər aparır, xarici işlər nazirlərinə tapşırıqlar verirlər. Bu prosesdə icmaların roluna o vaxt ehtiyac duyulacaq ki, torpaqlar işğaldan azad edilsin, insanlar öz vətəninə qayıtsın və status məsələsinin müzakirəsi gündəmə gəlsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR