Bank Of Baku

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun məruzəçisi təyin edilib

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun məruzəçisi təyin edilib
# 27 iyun 2008 12:29 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, məhbus qadınlarla bağlı AŞ PA-nın bir neçə komitəsində məruzə hazırlanır, İnsan Hüquqları və Hüquq Komitəsi adından məruzəni hazırlamaq Gültəkin Hacıyevaya həvalə olunub. Gültəkin Hacıyeva APA-nın Avropa bürosuna bildirib ki, məruzədə məhbus qadınların durumu, sosial vəziyyəti, onların cəmiyyətə reinteqrasiyası və s. məsələlər öz əksini tapacaq. Bundan başqa Gültəkin Hacıyeva AŞ PA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komitəsi adından Avropada demoqrafik durumun gələcəyi və miqrasiya məsələləri üzrə məruzəçi təyin olunub. Onun hazırladığı məruzədə əsas diqqət Avropanın demoqrafik problemlərinin araşdırılmasına yönələcək. Komitə həmçinin noyabrda Cenevrədə toplantı keçirməyi qərara alıb, toplantıda Gültəkin Hacıyevanın məruzəsi ətrafında dinləmələr keçiriləcək. Millət vəkilinin məhbus qadınlarla bağlı hazırlayacağı məruzə qurumun payız sessiyasında müzakirə olunacaq, demoqrafik problemlərlə bağlı məruzənin isə gələ il müzakirəyə çıxarılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR