Bank Of Baku

ABŞ dövlət katibinin köməkçisi ədliyyə naziri Fikrət Məmmədovla görüşüb

ABŞ dövlət katibinin köməkçisi ədliyyə naziri Fikrət Məmmədovla görüşüb
# 27 iyun 2008 13:18 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək üzrə köməkçisi Devid Kramer bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda baş verən demokratik dəyişikliklər barədə məlumat verən nazir, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, hakimliyə namizədlərin seçimi və tədrisi üzrə işlər barədə danışıb.
Azərbaycanda aparılan demokratik islahatlara mühüm əhəmiyyət verildiyini deyən qonaq ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub, korrupsiyaya qarşı mübarizə, söz azadlığı, qeydiyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersi də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR