Bank Of Baku

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib
# 27 iyun 2008 13:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Krameri qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsi işinə xidmət etdiyi qeyd olunub. Tərəflər Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi ilə bağlı görülən işlərə dair də fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR