Bank Of Baku

Ümid Partiyası seçki bloku yaratmayacaq

Ümid Partiyası seçki bloku yaratmayacaq
# 27 iyun 2008 14:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Ümid Partiyası hər hansı seçki bloku yaratmaq fikrində deyil. APA-nın məlumatına görə, bunu partiyanın sədri İqbal Ağazadə deyib. O bildirib ki, bəzi partiyalar Ümid Partiyasının namizədinə dəstək verməklə bağlı müzakirələrə başlayıblar: “Bu istiqamətdə iş gedir, amma geniş mənada blok şəklində seçkilərə getmək fikrimiz yoxdur. Biz vətəndaşlarla iş prinsipini seçmişik və bu iş uğurla gedir. İndiyə qədər 200 minə yaxın vərəqə paylanıb, 20 mindən çox ailəyə partiyanın namizədindən bəhs olunan disk verilib və bunun sayını 100 minə çatdıracağıq”. İ. Ağazadə Seçki Məcəlləsinə edilən əlavə və dəyişiklikdən şoka düşməyə əsas olmadığını söyləyib: “Mən başqa cür dəyişiklik gözləmirdim. Fərqi yoxdur, seçki kampaniyasının müddəti 75 gündür, ya 120 gün. 2003-cü ilin seçki kampaniyasında iştirak etmişəm və 120 günün də məhdudiyyətlərini görmüşəm. O zaman biz sentyabrın 18-də İsmayıllıda ilk görüşümüzü keçirdik, sonuncu görüş isə oktyabrın 8-də Şamaxıda oldu. Yəni kampaniya 20 gün aparıldı. Əgər hamı tərəfindən qəbul olunan demokratik bir mühit yaradılsaydı, demokratik müddəalar qəbul edilsəydi, o zaman şoka düşərdik. Amma indiyə qədər alışdığımız mühit qalırsa, niyə şoka düşməliyik?” İ. Ağazadə seçki kampaniyası dövründə kütləvi aksiyalar keçirməyin Ümid Partiyası üçün prioritet olmayacağını vurğulayıb: “Seçki dövründə mitinqlərə adətən o adamlar gəlir ki, onlar hansı namizədə səs verəcəklərini qəti müəyyənləşdiriblər. Biz uğur gətirməyən və məyusluq yaradan taktika yox, başqa taktikalar üzərində düşünürük. Amma mitinqlərin də keçirilməsi istisna deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR