Bank Of Baku

AŞ PA Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bəyanat qəbul edib

AŞ PA Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bəyanat qəbul edib
# 27 iyun 2008 14:15 (UTC +04:00)
APA-nın Avropa büroüsunun məlumatına görə, bəyanatı Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Proseduraya görə, yazılı bəyanatın qəbul olunması üçün sənədi ən azı 5 ölkədən 20 deputata imzalamalıdır. Qənirə Paşayevanın sözlərinə görə, bəyanatı müxtəlif ölkələrdən olan 20-dən artıq deputat imzalayıb. “Azərbaycan-Şərqin ilk demokratik respublikası” adlı bəyanatda bu il Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin tamam olduğu bildirilir. “Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlamentli respublika idi. Cəmi 23 il ömür sürməsinə və Qızıl Ordunun Azərbaycan işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, AXC insanlara çox böyük hüquqlar vermişdi. Bunların sırasında qadınların səsvermə hüququ və bu kimi çox fundamental hüquqlar vardı. Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bu hüququ vermişdi. Yəni bu gün Avropanın üzərində qurulduğu dəyərləri hələ 1918-ci ildə quran AXC və onun parlamenti insanların bütün azadlıqlarını təmin etmişdi”. Bəyanatda bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti Qərblə Şərq arasında demokratik dəyərlərin bölgədə, Şərqdə və müsəlman dünyasında yayılmasında, regionun mədəni inkişafında çox böyük rol oynayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqlə Qərb arasında körpü rolunu çox yüksək səviyyədə yerinə yetirib və sivilizasiyalararası dialoqa böyük töhfələr verib: “Bütün bunları nəzərə alaraq Avropa Şurası Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işləri çox yüksək qiymətləndirir. Bununla yanaşı Avropa Şurası bugünkü Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi həmin rolu davam etdirdiyini bildirir və bu prosesi dəstəkləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR