Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov Dağıstan prezidentini qəbul edib

Milli Məclisin sədri Oqtay Əsədov Dağıstan prezidentini qəbul edib
# 27 iyun 2008 14:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Muxu Əliyevi qəbul edib. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əsədov Azərbaycanın Rusiya və onun regionları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycan parlamentinin 90 illiyinin böyük təntənələrlə qeyd olunduğunu diqqətə çatdırıb, qanunvericilik orqanları səviyyəsində münasibətlərin inkişafını önəmli hesab etdiyini deyib. M. Əliyev isə öz növbəsində Dağıstanın Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə maraq göstərdiyini söyləyib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov və digər rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR