Bank Of Baku

Əli Kərimli: “ABŞ-ın Azərbaycanda demokratiya ilə bağlı siyasəti iflasa uğrayıb”

Əli Kərimli: “ABŞ-ın Azərbaycanda demokratiya ilə bağlı siyasəti iflasa uğrayıb”
# 27 iyun 2008 14:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “ABŞ-ın Azərbaycanda demokratiya ilə bağlı siyasəti faktiki olaraq iflasa uğrayıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, ABŞ rəsmi olaraq Cənubi Qafqaz siyasətində terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və demokratiyanın prioritet olduğunu bəyan edib: “Birinci iki sahədə uğurlar var, amma bunu demokratiya sahəsi haqqında söyləmək olmaz. ABŞ tərəfi Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətindən narahatdır və rəsmi Bakı ilə bu sahə üzrə dialoqu davam etdirəcək. Dialoqun əsasını Dövlət Departamenti rəhbərinin keçmiş müavini Barri Lovenkron qoyub, Devid Kramer isə bu işi davam etdirir. Bu o deməkdir ki, ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqları və demokratiya sahəsində problemlərin olduğunu etiraf edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR