Bank Of Baku

Azərbaycan prezidenti Pakistan Senatının nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Pakistan Senatının nümayəndə heyətini qəbul edib
# 08 iyul 2008 12:13 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Senator Pakistan prezidenti Pərviz Müşərrəf və baş nazir Yusuf Raza Gillaninin salamlarını prezident İlham Əliyevə çatdırıb. O, ölkələrimiz arasında dostluq münasibətlərinin hərtərəfli inkişaf etdiyini, Pakistan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndiyini bildirib. Müşahid Hüseyn Səid Azərbaycan prezidentinin Pakistana səfəri zamanı etdiyi çıxışın çox böyük maraqla qarşılandığını vurğulayıb. Qonaq qeyd edib ki, ölkələrimizin parlamentlərarası əməkdaşlığının genişlənməsi ikitərəfli münasibətlərimizin daha da inkişafı işinə öz töhfəsini verir. Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluğunu ifadə edib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib. Dövlət başçısı Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin sədrinin ölkəmizə bu səfərinin həm parlamentlərarası əməkdaşlığın, həm də ikitərəfli münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Pakistan Prezidenti Pərviz Müşərrəfin və Baş nazir Yusuf Raza Gillaninin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Pakistanın dövlət başçısına və baş nazirə çatdırmağı xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR