Bank Of Baku

ADP Türkiyədəki hadisələrdən narahatdır

ADP Türkiyədəki hadisələrdən narahatdır
# 08 iyul 2008 12:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin və partiyanın Bakı şəhər təşkilatlarının sədrlərinin birgə toplantısı keçirilib. ADP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Türkiyədə son vaxtlar baş verən hadisələrdən narahatlıq ifadə olunub. Azərbaycanda korrupsiya ilə bağlı vəziyyəti təhlil edən ADP-çilər korrupsiyaya qarşı mübarizədə iqtidar-müxalifət işbirliyinin zəruriliyini vurğulayıblar və partiya adından ölkə başçısına müraciət göndərilməsini məqsədəuyğun hesab ediblər. Yığıncaqda prezident seçkiləri ilə bağlı məsələ də müzakirə edilərək seçkidə iştirak və ya boykot taktikası ətrafında fikir mübadiləsi aparılıb. İdarə Heyətinin üzvləri Ali Məclisin növbəti sessiyasına qədər seçkilərlə bağlı diskussiyaların davam etdirilməsini və bu müzakirələrə partiya fəallarının da qoşulmasını zəruri sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR