Bank Of Baku

Bahar Muradova Azərbaycanda səfərdə olan Niderland parlamentinin baş katibi ilə görüşüb

Bahar Muradova Azərbaycanda səfərdə olan Niderland parlamentinin baş katibi ilə görüşüb
# 08 iyul 2008 14:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan Niderland Krallığı parlamentinin baş katibi, xanım Jaklin Bişevellə görüşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, B. Muradova Azərbaycan parlamentində Niderlandın qanunvericilik orqanı ilə əməkdaşlıq üzrə işçi qrupun olduğunu xatırladıb: “Belə bir qrupun sizdə də yaradılmasını istərdik”. J. Bişevel isə səfərinin səmərəli olacağına və münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib. O, qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağına inamını ifadə edib.
Qonaqlar Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovla da görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR