Bank Of Baku

YAP-da Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri ilə görüş olub

YAP-da Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri ilə görüş olub
# 08 iyul 2008 16:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Azərbaycanda səfərdə olan Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. YAP mətbuat xidmətidən APA-ya verilən məlumata görə, Ə. Əhmədov ölkələr arasında əlaqələrin və əməkdaşlıq münasibətlərinin tarixi köklərə malik olduğunu nəzərə çatdıraraq, Pakistanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Pakistan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllində də Azərbaycanın mövqeyini dəstəkləyir. Ə. Əhmədov Azərbaycanın da Pakistanda sabitliyə və inkişafa dəstək olduğunu, beynəlxalq aləmdə rəsmi İslamabadın mövqeyini müdafiə etdiyini deyib. M. H. Səid isə ölkələr arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını qeyd edib. Hə iki ölkənin oxşar problemlərlə üz-üzə qaldığını qeyd edən komitə sədrinin sözlərinə görə, Pakistanın Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirir. O bildirib ki, Pakistan Ermənistanı işğalçı dövlət kimi tanıyır və bu günə kimi bu ölkə ilə hər hansı əlaqə yaratmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR