Daniel Blesinqton: “Azərbaycanda demokratik seçkilərin keçiriləcəyinə inanırıq” - EKSKLÜZİV
- Oktyabrda keçiriləcək prezident seçkiləri üçün İFES-in Azərbaycandakı nümayəndəliyi hökumətə beynəlxalq və milli seçki öhdəliklərini yerinə yetirməsində köməklik edir. İFES-in layihələrinin məqsədlərindən biri daha effektiv, qərəzsiz, nizama salınmış seçkilər qurmaq və seçki idarəetmə orqanlarının öz funksiyalarını yaxşı yerinə yetirməsi üçün onları gücləndirməkdir. İFES Azərbaycan Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birgə, Prezident Aparatı və Mərkəzi Seçki Komissiyası ilə birgə Seçki Məcəlləsinin dəyişdirilməsi prosesində yaxından iştirak edib. İFES həmçinin Azərbaycan MSK-nın tərkibinə, şikayət və müraciətlər mexanizminə dair görüşlər keçirərək, prosesə siyasi partiyaları və vətəndaş cəmiyyətini cəlb etməkdə aparıcı rol oynayıb. 2007-ci ilin fevralında keçirilən görüşlərin məqsədi konkret məsləhətləri toplayıb məsələ ilə məşğul olan qanun layihəçilərinə təqdim etmək idi. Qanuna edilən dəyişiklərdən sonra, İFES Azərbaycan dəyişikliklərin yerinə yetirilməsinə kömək edəcək və yoxlayacaq. Seçki idarəetmə orqanlarının potensial quruculuğu sahəsinə gəldikdə isə İFES MSK-ya onun rəhbərliyi ilə daimi məsləhətləşmələr və görüşlərində iştirak etmək yolu ilə texniki köməkliyini davam etdirir. Şikayət və müraciətlərə baxılması prosedurasına yeni dəyişiklərin tətbiq edilməsi üçün MSK ilə işi davam etdiririk. Bununla bağlı bizim xəttimizlə ABŞ-dan Azərbaycana məsləhətçi gəlmişdi. Onun ayın sonunda yenidən Azərbaycana gələcəyi gözlənilir. Dairə seçki komissiyalarının təlimlərində Venesiya Komissiyası ilə birgə işi davam etdiririk. Bundan başqa məntəqə seçki komissiyaları üçün video treninqlərin inkişaf etdirilməsi üzrə plan üzərində çalışırıq. İFES həmçinin MSK ilə seçki idarəetmə orqanlarının və seçicilərin məlumatlandırması istiqamətində birgə işini davam edəcək. Əvvəl olduğu kimi, bu məlumat materialları MSK vasitəsilə inkişaf etdiriləcək və yayılacaq.
- Seçki prosesində nəşr etdirdiyiniz müxtəlif təbliğat materiallarının seçicilərin fəallaşmasına və seçki komissiyalarının üzvlərinin maarifləndirilməsinə hər hansı təsiri olurmu?
- Biz bir qayda olaraq seçki günü üçün yaddaş kitabçası, səsvermə qaydalarına dair kiçik yaddaş kitabçası, Seçki Məcəlləsinin Azərbaycan dilində əlavə sürətini və ingilis versiyasını nəşr edirik. Əlbəttə ki, maliyyədən asılı olaraq ictimai elanlar yerləşdirməyi, video treninqlər keçirməyi də planlaşdırırıq. Seçicilərə və seçki ilə məşqul olan şəxsləri məlumatlandırmaq çox vacibdir. Bunun kömək edəcəyinə şübhə etmirəm. Prezident seçkilərində “exit-poll” keçirməyi planlaşdırmırıq.
- Bəzi müxalifət partiyalarının seçkiləri boykot eləməsini necə qiymətləndirirsiniz?
- İFES tam bitərəf təşkilatdır və mən heç bir siyasi partiyanın və ya fərdin siyasi qərarlarını şərh etmək istəmirəm. Onlar öz fərdi perspektivləri baxımından nəyin ən yaxşı olduğuna inanıb hərəkət edəcəklər. Lakin, bir qayda olaraq biz rəqabətə inanırıq və seçki prosesində iştirakı təbliğ edirik. Azərbaycanda demokratik seçkilərin keçiriləcəyinə inanırıq.
- Müxalifət partiyalarla hər hansı əməkdaşlıq nəzərdə tutulurmu?
- İFES bitərəf qurumdur. Biz seçkilərin keçirilməsi prosesini inkişaf etdirməklə məşğuluq. Bu məqsədlə, rəsmi qurumlarla, beynəlxalq təşkilatlarla, siyasi partiyalarla, vətəndaş cəmiyyəti ilə birgə çalışırıq. Əməkdaşlığımızı dəyirmi masa və seminarların keçirilməsi, siyasi partiyaların nəşrlərlə təmin edilməsi formasında həyata keçiririk. Biz hər zaman siyasi partiyalara seçkilərin texniki aspekti üzrə məlumat verə və köməklik göstərə bilərik.
- ABŞ-ın seçkilərlə bağlı Azərbaycana maliyyə yardımı ayırması dövlətin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməsinə münasibətiniz necədir?
- Amerika Birləşmiş Ştatlarının hökuməti USAİD vasitəsilə Azərbaycandakı fəaliyyətimizi maliyyələşdirir. Biz maliyyə dəstəyini həmçinin başqa ölkələr və beynəlxalq təşkilatlardan alırıq. Lakin Amerika Birləşmiş Ştatlarının hökumətinin maliyyə dəstəyi bizə seçkilər arasında müddətdə ofis və işçiləri saxlamaq imkanı verir. Prezident Aparatı və MSK-nın xahişi ilə İFES bu qurumlarla sıx əməkdaşlıq edir.
- Bəzi partiyalar İFES-i ciddi təşkilat hesab etmir. Bu fikrə münasibətiniz necədir?
- Belə fikir söyləyən bir nəfəri mən tanıyıram. İnsanlar istənilən kimi danışa bilərlər. İFES ciddi təşkilatdır. Biz Azərbaycanda seçki məsələləri sahəsində ən bilikli təşkilatıq.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident İlham Əliyevə yüksək etimad xalqın dövlət başçısının həyata keçirdiyi siyasətə verdiyi qiymətdir - RƏY
Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir
Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
Xəbər Lenti
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub
Venesuelada zəlzələ qurbanlarının sayı 2954-ə çatıb
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək
Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir
Tramp Avropanın üçüncü dünya ölkəsinə çevrildiyini bildirib
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib
Putin və Tramp arasında telefon danışığı olub
Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir
FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Qubada minik avtomobili yük avtomobilinə çırpılıb, iki nəfərin vəziyyəti ağırdır
Axios: Tramp Zelenski ilə telefon danışığı aparıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4303 nəfərə çatıb
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
Tramp: Xameneinin dəfn mərasimində oradakı hamını məhv edə bilərik, amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
Tramp gələn həftə Netanyahu ilə Ağ Evdə görüşə biləcəklərini deyib
Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib