Bank Of Baku

Əli Həsənov: “Bəzi müxalifət partiyalarının boykotla bağlı bəyanatları ciddi siyasi yük daşımır”

Əli Həsənov: “Bəzi müxalifət partiyalarının boykotla bağlı bəyanatları ciddi siyasi yük daşımır”
# 09 iyul 2008 09:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. O bildirib ki, yerli icra hakimiyyəti orqanları seçkilərin təşkilində seçki institutlarına kömək etməli, əhalinin seçkilərdə maneəsiz iştirakına şərait yaratmalı, seçki institutlarının fəaliyyətinin tənzimlənməsi üçün lazımi texniki yardım göstərməlidir: “Beynəlxalq təşkilatların da əsas tələbləri ondan ibarətdir ki, seçki institutları və yerli icra strukturları öz səlahiyyətlərindən kənara çıxmasınlar, xüsusən də inzibati resurslardan bu və ya digər namizədin təbliğatı üçün istifadə etməsinlər. Biz də bu məsələlər ətrafında seminarlar keçiririk ki, məhz belə tənqidlərə rast gəlməyək. Ötən seçkilərdə prezident İlham Əliyevin mərkəzi və yerli icra strukturlarının seçkilərə müdaxiləsini qadağan edən sərəncamı olub. Bu sərəncam əsasında belə hallara yol verən icra hakimiyyəti nümayəndələri cəzalandırılıb, işdən azad edilib. Düşünürəm ki, bu faktor icra hakimiyyəti orqanları üçün ciddi siqnal olmalıdır”. Əli Həsənov bəzi siyasi partiyaların seçkiləri boykot etmək qərarına da münasibət bildirib: “Düşünürəm ki, bəzi müxalifət partiyalarının boykotla bağlı bəyanatları ciddi siyasi yük daşımır. Ölkənin əsas siyasi partiyalarının əksəriyyəti seçkilərdə iştirakını təsdiqləyib. Əminəm ki, seçkilərdə ən azı 7-8 prezidentliyə namizəd iştirak edəcək. Seçkiləri boykot etmək çağırışları qeyri-ciddidir və siyasi həyata təsir etmək gücünə malik deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR