Bank Of Baku

Əli Həsənov: “Həbsdə olan jurnalistlər peşə fəaliyyətinə görə azadlıqdan məhrum edilməyiblər”

Əli Həsənov: “Həbsdə olan jurnalistlər peşə fəaliyyətinə görə azadlıqdan məhrum edilməyiblər”
# 09 iyul 2008 09:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Həbsdə olan jurnalistlərin əfv olunması ilə bağlı Mətbuat Şurasının müraciəti var. Mətbuat Şurasının qurultayında bəzi baş redaktorlar da analoji xahişlə müraciət etdilər. Bu müraciətlər məruzə olunacaq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. O həbsdə olan jurnalistlərin məhkəmə hökmü ilə azadlıqdan məhrum edildiklərini bildirib: “Nə Azərbaycanda, nə də beynəlxalq aləmdə məhkəməyə təsir imkanları mövcud deyil. Həm də bu şəxslər jurnalist fəaliyyətinə görə həbs olunmayıblar. Onlar yalnız əfv olunaraq azadlığa buraxıla bilərlər. Bu isə böyük bir proseduradır. Prosedura başa çatdıqdan sonra ölkə başçısına müraciət olunmalıdır ki, o, həmin məsələyə baxa bilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR