Bank Of Baku

İqbal Ağazadə: “Bütün müxalifət bu gün mənim yanımda olmağa borcludur”

İqbal Ağazadə: “Bütün müxalifət bu gün mənim yanımda olmağa borcludur”
# 09 iyul 2008 10:18 (UTC +04:00)
Nəhayət ki, “Azadlıq” blokunun bu isterikasına son qoyulmalıdır. Onlar anlamlıdırlar ki, cəmiyyətdə olan bütün qüvvələrə savaş aça bilməzlər”. Bu sözləri APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə son günlər rəhbərlik etdiyi təşkilatla “Azadlıq” bloku arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib. Partiya sədri “Azadlıq” blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Liberal Partiyasının (ALP) mövqeyi onların mövqeyi ilə üst-üstə düşməyənlərə az qala “vətən xaini” damğası vurduğunu deyib: “Həmin insanları Azərbaycanın düşmənlərinin xeyrinə işləməkdə suçlayırlar. Bircə o qalır ki, mövqeyi onlarla üst-üstə düşməyən siyasətçinin Ermənistana işlədiyini desinlər. Bu cür yanaşmalarla demokratik cəmiyyət quruculuğu iddiasında olmaq yanlışdır”. İ. Ağazadə baş verənlərin səbəbini bilmədiyini deyib. Partiya sədri Azərbaycan müxalifətinin uzun illərdir ki, bir dairənin içində çapaladığını, bu dairədən çıxa bilmədiyini söyləyib. O, müxalifət düşərgəsini qarşılıqlı ittihamlardan çəkinməyə çağırıb: “2000-ci, 2003-cü və 2005-ci illərdə keçirilən seçkilərdə eyni ittihamlar ortada olub, siyasi partiyalar və bloklar arasında çəkişmələr baş verib. Nəhayət ki, Azərbaycan müxalifəti bununla heç bir uğur əldə edə bilməyəcəyini anlamalıdır. Uğur qazanmaq üçün əməli iş lazımdır”. İ. Ağazadə qarşıdakı prezident seçkisində hakimiyyətlə mübarizə apara biləcək ən güclü qüvvə kimi hər kəsin onu dəstəkləməyə borclu olduğunu da iddia edib: “Biz müxalifətdə kiminsə bu mübarizəni bizdən daha yaxşı apara biləcəyini hiss etsək, ona dəstək verərik. Necə ki, ötənlərdə bu addımı atmışıq. Hesab edirik ki, hazırda bu mübarizəni bizdən yaxşı apara bilən qüvvə yoxdur. İndiyə kimi Azərbaycanda demokratiyanın qalib gəlməsi üçün işləmişəm və həmin dövrdə məndən bir addım qabaqda olan insanları dəstəkləmişəm. İndi də həmin insanlar mənim onlardan bir addım öndə olduğumu görməyə borcludurlar. Azərbaycanı bizim qədər sevirlərsə, bu gün mənim yanımda olmalıdırlar”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov isə APA-ya açıqlamasında İ. Ağazadənin ünvanına sərt ittihamlar səsləndirib. H. Kərimov deyib ki, prezident seçkisi yaxınlaşdıqca hakimiyyətin inhisarında olan partiya liderləri belə danışmağa borcludurlar: “İqbal Ağazadə kimi bu hakimiyyət tərəfindən mandat almış, necə deputat seçilməyi hamıya məlum olan bir adam başqa cür danışa bilməz. Bu, onun öhdəliyidir. İqbal Ağazadə başqa bir işlə məşğul olsa, daha yaxşı olar. O, müxalifət adına ləkə olan adamdır. Müxalifəti ittiham etməyə mənəvi haqqı yoxdur”.
H. Kərimov İ. Ağazadəni müxalifət görüntüsündə prezident seçkisinə hazırlanan şəxs kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR