Bank Of Baku

Bakıda icra hakimiyyəti orqanlarının seçkilərdə roluna dair seminar keçirilir - FOTOSESSİYA

Bakıda icra hakimiyyəti orqanlarının seçkilərdə roluna dair seminar keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 09 iyul 2008 10:48 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiyalar şəklində keçirilən seminarda icra hakimiyyəti strukturlarının nümayəndələrin və dairə seçki komissiyalarının nümayəndələrinə Seçki Məcəlləsinə edilən dəyişiklik və əlavələr, həmçinin seçki prosesinə müdaxilə halları ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəalar barədə məlumat veriləcək. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Ansola Herero icra hakimiyyəti orqanlarını seçki prosesinin əsas elementlərindən biri adlandırıb: “Bizim əsas məqsədimiz seçkilərin maksimum dərəcədə demokratik normalara uyğun keçirilməsinə nail olmaq, bunun üçün demokratik şərait yaratmaqdır. Azərbaycanda prezident seçkiləri zamanı 2005-ci il parlament seçkilərinin təcrübəsi nəzərə alınmalı, o zaman qarşılaşdığımız problemlərə yol verilməməlidir. Seçkilər şəffaf keçirilməli, vətəndaşlara sərbəst toplaşmaq imkanı yaradılmalıdır”. Tədbirdə çıxış edən Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov seçkilərin demokratik keçirilməsi üçün hər cür şəraitin yaradılacağını bildirib: “Bizim əsas məqsədimiz seçkilərdə namizədlər üçün bərabər şərait yaradılması, səslərin sayılması prosesini şəffaf keçirilməsi, seçki prosesinə müdaxilələrə yol verməməkdir”. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə rəhbərlik etdiyi strukturun seçkilərə tam hazır olduğunu bildirib: “Biz artıq bütün seçki strukturlarını seçkilərə tam hazır vəziyyətə gətirmişik. Seçkilərin keçirilməsinə məsul qurum kimi prezident seçkilərinin əhəmiyyətini anlayırıq”. Qeyd edək ki, seminar işini iki gün davam etdirəcək. İyulun 11-də Gəncədə, iyulun 14-də isə Şirvanda analoji seminarın keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR