Bank Of Baku

Əli Həsənov: “Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük”

Əli Həsənov: “Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük”
# 09 iyul 2008 11:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Avropa Şurası Venesiya Komissiyasının bütün təkliflərinin nəzərə alınmamasına səbəb hakimiyyət bunu istəməməsi deyildi. Sadəcə, siyasi partiyalar bu məsələdə ümumi razılığa gələ bilmədilər”. APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ATƏT və Avropa Şurası Seçki Məcəlləsində (SM) edilən dəyişikliklərlə bütövlükdə razıdır. “Seçki komissiyalarının formalaşmasında siyasi partiyaların fikirləri parçalandı, ortaq nəticəyə gələ bilmədilər. Bu səbəbdən də seçki institutlarının əvvəlki forması saxlanıldı. Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük. Əminik ki, seçkilərin demokratik keçirilməsi üçün komissiyaların bu şəkildə fəaliyyəti yetərli olacaq”. Ə. Həsənov prezident seçkisinə rəsmi start veriləndən sonra partiyaların təbliğat-təşviqat aparmalarına imkan yaradılacağını da deyib. Onun sözlərinə görə, seçki prosesi zamanı siyasi tədbirlərin keçirilməsi üçün icra hakimiyyətləri tərəfindən ayrılan yerlər haqda məlumat dərc olunacaq. “Bütün namizədlər həmin yerlərdə seçkiqabağı görüşlərini, mitinq və digər tədbirlərini keçirə biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR