Bank Of Baku

ATƏT-in Bakı Ofisinin rəhbəri: “Mandatıma uyğun olaraq seçki prosesinin gedişinə kömək etməyə çalışıram”

ATƏT-in Bakı Ofisinin rəhbəri: “Mandatıma uyğun olaraq seçki prosesinin gedişinə kömək etməyə çalışıram”
# 09 iyul 2008 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Mandatıma uyğun olaraq seçki prosesinin gedişatına kömək etməyə çalışıram. Bizim tövsiyələrimizin qəbul edilib-edilməməsi isə Azərbaycanın işidir”. APA-nın məlumatına görə, ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Xose Luis Herero Ansola jurnalistlərə açıqlamasında bildirib ki, bir müddət öncə Azərbaycana gələn müşahidə missiyası səfərin yekunları ilə bağlı hesabat hazırlayacaq: “Bundan sonra seçki prosesi zamanı Azərbaycana səfər edəcək müşahidə missiyasının tərkibi müəyyənləşəcək”. Səfir deyib ki, seçkilərdə Azərbaycana səfər edəcək ATƏT-in müşahidə missiyası seçkinin təşkili və ölkədəki ictimai-siyasi vəziyyət barədə qiymətləndirmə aparacaq: “Bizi maraqlandıran əsas məqamlar inzibati məsələlərin müəyyənləşdirilməsi, namizədlərə bərabər imkanların yaradılması, səsvermədən sonra səslərin sayılmasında demokratik prinsiplərin qeydə alınmasıdır. Keçirilən seminarlarda da bu üç məsələni qeyd edirəm. Güman edirəm ki, icra strukturlarının rəhbərləri ilə keçirilən sessiyalar bu məsələlərin həllində kömək edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR