Bank Of Baku

Məzahir Pənahov: “Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var”

Məzahir Pənahov: “Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var”
# 09 iyul 2008 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var. Proses gedər, ədalətli qərar çıxarılar”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazovun MSK sədri və bu qurumun digər məsul şəxslərinə qarşı Səbayel rayon Məhkəməsində qaldırdığı iddiaya münasibət bildirərkən deyib. O, məsələyə qanunun tələblərinə uyğun şəkildə baxılacağını söyləyib: “Qanuni baxımdan əvvəlcədən münasibət bildirməyə ixtiyarım yoxdur. Ümumi fikir bildirmək isə düzgün olmazdı”.
Qeyd edək ki, “Azərbaycan Naminə” İctimai Forumun rəhbəri E. Namazov seçki qanunvericiliyinin pozulması, seçkiqabağı kampaniyanın başlanmasının vaxtında elan olunmaması ilə əlaqədar məhkəməyə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR