Bank Of Baku

MSK sədri: “Prezident seçkilərində “exit-poll” keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq”

MSK sədri: “Prezident seçkilərində “exit-poll” keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq”
# 09 iyul 2008 13:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Beynəlxalq müşahidəçilərin seçkilərə dəvət edilməsi qanunla tənzimlənir. Azərbaycanda üç qurumun beynəlxalq müşahidəçi dəvət etmək hüququ var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Amma biz birbaşa seçki ilə məşğul olan qurumları dəvət etməyə üstünlük veririk. Müşahidəçilərin dəvət edilməsində də heç bir problem olmayacaq. Hər bir halda əvvəlki seçkilərdə müşahidə missiyasını həyata keçirən qurumlar bu dəfə də seçkiləri müşahidə etməyə dəvət olunacaq”. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, prezident seçkisində “exit-poll” keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq. MSK sədri Azərbaycanda mövcud seçki qanunvericiliyi və resursları ilə demokratik seçki keçirməkdə heç bir problemin olmayacağını da qeyd edib. Onun sözlərinə görə, seçki ilə bağlı cəmiyyətin anlayışında müsbət yeniliklərə də nail olunub: “Yerli icra strukturlarının seçki proseslərinə müdaxiləsi ilə bağlı deyilənləri ümumiləşdirmək düzgün deyil. Məsələn, elə icra başçıları var ki, seçki komissiyalarının fəaliyyəti haqda onlara məruzə olunmalı olduğunu düşünür. Amma elələri də var ki, öz vəzifəsini bilir. Hər halda seçkilərə münasibət dəyişib. Ola bilsin ki, kimsə nə isə etməyə çalışsın. Hər bir halda nəticəyə təsir edən problem aradan qaldırılır və ya seçki dairəsinin nəticəsi ləğv edilir”. M. Pənahov namizədlərin təbliğat-təşviqat plakatlarının yayılması ilə bağlı məsələyə də münasibət bildirib: “Seçki reklamları ilə bağlı məsələ Seçki Məcəlləsində öz əksini tapıb. Bakının və digər şəhərlərin tarixi binalarının fasadları seçki plakatları vasitəsilə eybəcər vəziyyətə salınır. Mətbuatda da bu barədə narazılıqlar öz əksini tapıb. Bununla bağlı qanunvericiliyə uyğun olaraq, xüsusi lövhələr hazırlanıb və Dairə Seçki Komissiyalarına paylanır. Tarixi binalar qorunmalıdır və bu mənada həmin məsələ ilə bağlı etiraz olmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR