Bank Of Baku

Ramil Usubov UNİSEF-in Azərbaycanda fəaliyyəti başa çatan nümayəndəsini qəbul edib

Ramil Usubov UNİSEF-in Azərbaycanda fəaliyyəti başa çatan nümayəndəsini qəbul edib
# 10 iyul 2008 09:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov BMT-nin Beynəlxalq Uşaq Fondunun (UNİSEF) Azərbaycan nümayəndəliyinin rəhbəri, ölkəmizdə fəaliyyətini başa çatdıran Hanaa Singeri qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir bildirib ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı tövsiyə və tələblərinə müvafiq olaraq nazirlik tərəfindən zəruri tədbirlər görülüb, uşaqlarla işləyən polis əməkdaşlarına uşaq hüquqları haqqında Konvensiyanın öyrədilməsi və tətbiq olunması daim diqqət mərkəzində saxlanılıb. Qeyd olunub ki, bu istiqamətdə UNİCEF-in ölkəmizdəki nümayəndəliyi, eləcə də respublikada fəaliyyət göstərən ayrı-ayrı beynəlxalq qurumlarla birgə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, o cümlədən küçə uşaqları, baxımsız, çətin tərbiyə olunan, zorakılığa məruz qalan azyaşlı və yeniyetmələrin hüquqlarının müdafiəsi istiqamətində çoxsaylı seminarlar, konfranslar, dəyirmi masalar təşkil olunub. R. Usubov bildirib ki, müzakirə olunan məsələlər gələcəkdə də nazirliyin rəhbərliyinin diqqət mərkəzində olacaq, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR