Bank Of Baku

Parlamentin yaz və növbədənkənar sessiyasında 145 qanun və qərar qəbul olunub

Parlamentin yaz və növbədənkənar sessiyasında 145 qanun və qərar qəbul olunub
# 10 iyul 2008 10:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev APA. Bu gün Milli Məclisin (MM) yaz və növbədənkənar sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.APA-nın məlumatına görə, mətbuat konfransında MM sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova və parlamentin komissiya sədrləri iştirak ediblər. Mətbuat konfransında parlamentin yaz və növbədənkənar sessiyanın fəaliyyətinə dair statistik rəqəmlər açıqlanıb. Bu müddətdə parlamentin 18 iclası keçirilib, 145 qanun və qərar qəbul olunub, 36 qanuna əlavə və dəyişiklik edilib. Eyni zamanda daimi komissiyaların 93 iclasında 256 məsələ müzakirə edilib. Z. Əsgərov deyib ki, sessiya müddətində Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq haqqında” qanunlara əlavə və dəyişikliklər olunub, həmçinin parlamentin 90 illik yubileyi və digər əlamətdar mərasimlər keçirilib. MM-in sədri Oqtay Əsədov Bolqarıstan, Fransa və Yunanıstanda səfərlərdə olub, deputatlar isə Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların tədbir və sessiyalarında iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR