Bank Of Baku

Səfa Mirzəyev: “SSRİ dövründə banka qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb”

Səfa Mirzəyev: “SSRİ dövründə banka qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb”
# 10 iyul 2008 10:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “SSRİ dövründə əmanət bankına qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin yaz və növbədənkənar sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmanətlərin qaytarılması üzrə parlamentin tərkibində yaradılan İşçi Qrup fəaliyyətini davam etdirir. “Əmanətlərin qaytarılması ilə bağlı iki problem meydana çıxıb. Bunların birincisi, əmanətlərin həcminin çoxluğu, ikincisi isə bununla bağlı sənədlərin tam qaydasında olmamasıdır. Yəni, saxta sənədlər mövcuddur. Əmanətlərin həcmi çox olduğundan isə pullar mərhələ-mərhələ qaytarılmalıdır”. Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə isə deyib ki, “Kapital Bank” əmanətlərin qaytarılması üçün mexanizm hazırlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR