Bank Of Baku

Beynəlxalq Respublikaçılar İnstitutu Zaqatalada seminar keçirib

Beynəlxalq Respublikaçılar İnstitutu Zaqatalada seminar keçirib
# 10 iyul 2008 12:01 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Zaqatalada seçki öncəsi siyasi partiyalar və QHT-lər üçün seminar-treninq keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, seminara YAP, Müsavat, AXCP və yerli QHT nümayəndələri qatılıb. Siyasi Liderlik Mərkəzi layihəsi çərçivəsində təşkil olunmuş seminarda seçki ilə bağlı müxtəlif mövzular gündəmə gətirilib. Tədbir iştirakçıları seçki ərəfəsində seçkiyə hazırlıq və seçki texnaloqiyaları barədə bilgi əldə ediblər. Seminar iştirakçılarına ictimai əlaqələrin yaradılması, mesajın formalaşdırılması və nitqin hazırlanması kimi mövzularla bağlı ətraflı məlumat verilib. Seminarın iki gün davam edəcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR