Bank Of Baku

Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək

Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək
# 10 iyul 2008 12:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin yaz və növbədənkənar sessiyasının başa çatması ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Birinci vitse-spiker sənədin indiyə kimi müzakirəyə çıxarılmamasını dünyada və regionda baş verən geostrateji dəyişikliklərlə əlaqələndirib. Z. Əsgərov deyib ki, sənəd qəbul olunarkən bütün reallıqlar nəzərə alınacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin parlamentdə müzakirə olunmaması ilə bağlı suala toxunan birinci vitse-spiker bu problemin həlli ilə əsasən dövlət başçısı və Xarici İşlər Nazirliyinin məşğul olduğunu bildirib: “Konkret razılaşma olarsa, biz bunu müzakirə edə bilərik. Predmetsiz müzakirə nəyə lazımdır?” “Təhsil haqqında” qanun layihəsinin beynəlxalq ekspertizaya verildiyini deyən Z. Əsgərov sənədin müzakirəyə çıxarılmaması ilə bağlı ajiotaj yaradıldığını bildirib: “Bu qanun layihəsinin qəbul olunmasını əngəlləyən heç bir qüvvə yoxdur. Sadəcə biz daha təkmil qanun qəbul etmək istəyirik”. Parlament sədrinin birinci müavini “Alternativ xidmət haqqında” qanun layihəsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, bu qanun layihəsi də müzakirəyə hazırlanır: “Azərbaycan müharibə şəraitində olduğu üçün bu sənəd qəbul olunanda ölkənin reallıqları nəzərə alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR