Bank Of Baku

İnsan hüquqları üzrə İşçi Qrupun tərkibi genişləndiriləcək

İnsan hüquqları üzrə İşçi Qrupun tərkibi genişləndiriləcək
# 10 iyul 2008 12:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Hökumət nümayəndələrinin və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan hüquqları üzrə İşçi Qrupun tərkibi genişləndiriləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, üç ildir fəaliyyət göstərən İşçi Qrupuna insan hüquqları ilə məşğul olan müxtəlif QHT-lər daxil ediləcək. S. Seyidov bəzi QHT-lərin hələ də Avropa Şurasına düzgün olmayan informasiyalar ötürdüyünü deyib. Azərbaycanın Avropa şurası ilə əməkdaşlığının konstruktiv şəkildə davam etdiyini deyən S. Seyidov Azərbaycanda siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçinin təyin olunacağına inanmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR