Bank Of Baku

Sərdar Cəlaloğlu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə katibi ilə görüşüb

Sərdar Cəlaloğlu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə katibi ilə görüşüb
# 10 iyul 2008 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə katibi Deklan Bönü ilə görüşüb. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, britaniyalı diplomat prezident seçkilərinə dair ADP-nin mövqeyi ilə maraqlanıb. S. Cəlaloğlu bildirib ki, təmsil etdiyi partiya seçkilərdə iştirakda maraqlı olsa da, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra ölkədə yaranan yeni situasiya bu qərara yenidən baxmağa əsas verib. Görüşdə Avropanın Azərbaycandakı demokratik proseslər, azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı mövqeyi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR